Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı

img

Müharibədə Ukrayna ordusuna əsir düşən rus əsgərlərin gözləri bağlı fotoları yayılıb.

 

Rezonans.az xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada qeyd edilən 9 May - Qələbə Gününə cavab kimi qiymətləndirilib. 

 

Belə ki, Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü Rusiyada böyük ruh yüksəkliyi ilə qeyd olunur. 

 

Rusiya lideri Vladimir Putin Qələbə günü münasibətilə çıxışında Ukraynada döyüşləri davam etdirəcəklərini bildirərkən, qarşı tərəf böyük səs-küy yaradacaq görüntüləri tirajlayıb. Kadrlarda gözləri bağlı olan rus əsgərlər yer alıb. Ukraynanın bununla Rusiyaya müharibəni dayandırmaq haqqında açıq mesaj ötürdüyü bildirilir.

 

Xəbəri paylaş: