Milli Məclisdə kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Yaxın 10 gündə Milli Məclisin Mədəniyyət komitəsində kino sənayesi, filmlərin çəkilişi və kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək. Dinləməyə rejissorlar, prodüserlər və başqa sənət adamları dəvət olunacaq. Bu istiqamətdə iş gedir”, - deyə deputat vurğulayıb.