Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 7-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.
Rezonans.az xəbər verir ki, Vitse-spiker burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edəcək.
Səfər dekabrın 11-də başa çatacaq.