Qərbi Azərbaycana qayıdışla bağlı ikili vətəndaşlıq məsələsi yenidən müzakirə oluna bilər?

img

“Sosial şəbəkələrdə suallar verilir ki, Qərbi Azərbaycana, doğma torpaqlarımıza dönəndə pasport, vətəndaşlıq necə olacaq?” 

Rezonans.az xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmələrdə bildirib.

“Düşünürəm ki, bu məsələni qaldırmalı və müzakirə etməliyik. Xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ikili vətəndaşlığı müzakirə etməliyik. Gələcəkdə Qərbi Azərbaycana qayıdan insanlarımız həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsinlər”, - millət vəkili əlavə edib.

E.Allahverdiyev vurğulayıb ki, toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsi çox önəmlidir: “Xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür. Diaspora müraciət etmək lazımdır ki, vacib kitabları tərcümə edək. Bundan əlavə xarici dillərdə danışan gənclərimiz fəal olmalı, dünyaya faktları çatdırmalıdırlar”.

Xəbəri paylaş: