"Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" adlı tədbir keçirilib

img

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Uşaq və Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!" adlı tədbir keçirilib. 


Rezonans.az xəbər verir ki, Qəbələ Dövlət Rəsm Qalereyası, Qəbələ Uşaq və Gənclərin İnkişaf Mərkəzi, Rayon Tarix-Diyarşünaslıq Muzeyi, GİKM Dağlıq-Şirvan Regional nümayəndəliyinin Qəbələ bölməsinin əməkdaşları, Şuşa rayon 24 saylı məktəbin müəllim və şagirdləri iştirak etdiyi tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər. Tədbirdə şagirdlərin ifasında müxtəlif şeir və mahnı kompozisiyaları səsləndirilmişdir. 


Daha sonra vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Xəbəri paylaş: