Ərdoğan Yunanıstana gedəcək

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək.

Rezonans.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administirasiyası məlumat yayıb. 

Bildirilib ki, Afinada Prezident Ərdoğan və Yunanıstanın Baş nazirinin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün sahələrdə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunacaq.

Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xəbəri paylaş: