Zəlzələyə görə bəzi məktəblərdə şagirdlər evə buraxılır

img

Məlum olduğu kimi, bu gün səhər saatlarında Azərbaycanda güclü zəlzələ baş verib. 

Rezonans.az xəbər verir ki, zəlzələ məktəblərdə dərs saatlarının başlaması ərəfəsinə təsadüf edib. Bundan sonra bəzi məktəblərdə şagirdlər evə yola salınıb.

Bu addımın uşaqlar arasında təşviş yaranmaması, onların özünü narahat hiss etməməsi səbəbindən atılması bildirilib. Bir neçə məktəbdə isə dərslər proqrama uyğun olaraq davam etdirilir. 

Qeyd edək ki, maqnitudası 5,6 olan zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Xəbəri paylaş: