Anar Məmmədov Goranboyda qazini ziyarət etdi

img

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonu Qazanbulaq qəsəbəsində Vətən müharibəsi qazisi İlqar Avazovu evində ziyarət edib, qazinin qayğıları ilə maraqlanıb. 

Rezonans.az xəbər verir ki, görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Görüş zamanı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərindən, Vətən müharibəsində Goranboyun igid oğullarının qəhrəmanlıqlarından söhbət açan deputat Anar Məmmədov şəhid ailələrinə, qazilərə hər zaman dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Sonda qazi İlqar Avazov ona göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını ifadə edib.

Xəbəri paylaş: