Krımda qaz kəməri partlayıb

img

Krımın Kerç şəhərində qaz kəmərindəki partlayışdan sonra yanğın baş verib. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri və Krım Telegram kanalları məlumat yayıb.

"Prombazda qaz borusu partladı, qaz iyi bütün rayona yayıldı", - məlumatda deyilir. 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi, polis, Rusiya Qvardiyası və qaz qəza briqadası işləyir.

Xəbəri paylaş: