Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

img

Dekabrın 8-də Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Rezonans.az xəbər verir ki, iclas Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə baş tutub.

İclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə qərar qəbul olunub.

Xəbəri paylaş: