Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatdı - YENİLƏNİB

img

Toy bıçaqlanan şəxslərin sayı 3-ə çatıb.

Rezonans.az xəbər verir ki, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.

***

22:55

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək cinayəti müvafiq araşdırmalar aparıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Rezonans.az-a bildirib ki, cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir

***

22:23

Gəncədə iki nəfər toyda bıçaqlanıb.

Rezonans.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov toyda bıçaqlanıblar. Onlar xəstəxanaya yerləşdirliblər.

Xəstələrin yaraları tikilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbəri paylaş: