Cənubi Asiyada yerləşən Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları şiddətlənib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr fonunda baş nazir Mahinda Rajapaksa istefa verib.
Etirazçılar Kuruneqala şəhərində Rajapaksa məxsus evi yandırıb. Onlar həmçinin bir neçə deputat və nazirin evini yandırdıqlarını bildirir.
Məlumata görə, hadisələrdə 5 nəfər öldü, 150 nəfər yaralandı.










