Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib

img

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat göndərib. 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev jurnalistlərə açıqlamasında bildirib:

“Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq”.

Qeyd edək ki, ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.

Rusiya Prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Xəbəri paylaş: