Türkiyədə hakimin döyülməsinə görə bütün oyunlar təxirə salındı

img

Türkiyə Super Liqasının 15-ci turunda keçirilən matçdan sonra hakim Halil Umut Melərin döyülməsini görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Rezonans.az əbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi deyib.

Onun sözlərinə görə, hakim Halil Umut Melərə belə hücum edilməsi onu çox narahat edib:

“Bu xain hücum təkcə hakimə deyil, bütün türk futboluna qarşı edilən hərəkətdir. Bu hücumu qınayır və lənətləyirik. Ümid edirik ki, qanun qarşısında cavab verəcəklər. Ümid edirik ki, ədalət yerini tapacaq".

Xəbəri paylaş: