BVF Ukraynaya yeni kreditin məbləğini açıqladı

img

Beynəlxalq Valyuta Fondu (BVF) uzadılmış kreditləşmə yolu ilə Ukraynaya daha bir tranş verəcək.

Rezonans.az xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.

“BVF bu gün Ukraynaya 900 milyon dollar ekvivalentində vəsait ayırmağa imkan verəcək uzadılmış kredit vəsaitinin ikinci baxışını başa çatdırıb”, - məlumatda deyilir.

Bildirilib ki, bu pullar respublikaya büdcə dəstəyinin təmin edilməsinə yönəldiləcək.

Xəbəri paylaş: