Türkiyə XİN Pakistandakı hücumu pislədi

img

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanda 24 polis əməkdaşının öldüyü hücumu pisləyib.

Rezonans.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsinə bu gün baş verən hücum nəticəsində 24 polis əməkdaşının ölməsi xəbəri dərin kədər hissi ilə bizə çatdırılıb. Bu dəhşətli hadisəni lənətləyir, şəhid əsgərlərə və onların ailələrinə Allahdan rəhmət diləyirik”, - deyə Türkiyə XİN-dən bildirilib.

Xəbəri paylaş: