Kiyev atəşə tutuldu - 53 yaralı

img

Rusiya ordusu dekabrın 13-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub. 

Rezonans.az Ukrayna mediasına istinadən xəbər verir ki, nəticədə şəhərdə azı 10 güclü partlayış baş verib. 

Bunun ardınca Kiyev vilayətində və şəhərdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. 

Ən son məlumata görə, hadisə nəticəsində 53 nəfər xəsarət alıb. Onlardan altısı uşaqdır.

Xəbəri paylaş: