Neftimiz bu gün neçəyə satılır?

img

Dünya bazarlarında Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Rezonans.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.49 dollar və ya 0.63% artaraq 78.31 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, ötən gün neftimiz 77,82 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbəri paylaş: