Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların aparıldığı sammitdə iştirak etməyib.
Rezonans.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
O, digər ölkələrin mövqeyi ilə razılaşmadığı üçün Aİ sammitini tərk edib.
“Macarıstan yanlış qərarın bir hissəsi olmaq istəmir. Biz mövqeyimizi dəyişməmişik”, - deyə Orban bildirib.
Qeyd edək ki, Aİ bu gün Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq qərarına gəlib.