Paşinyan Overçukla görüşdü

img

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri müzakirə edilib.

Bununla yanaşı, tərəflər Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

N. Paşinyan suverenlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat kommunikasiyalarının açılmasına hazır olduqlarını bildirib.

Xəbəri paylaş: