Rusiyada alkoqol istehlakının azaldılması planı təsdiqlənib

img

Rusiya Federasiyasının Nazirlər Kabineti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənədin əsas məqsədləri spirtli içkilərdən istifadə ilə bağlı xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasıdır.

Qeyd olunur ki, Rusiyada adambaşına etanol istehlakı 2030-cu ilə qədər 7,8 litrə endirilməlidir. Hansı ki, 2023-cü ildə bu rəqəm 8,9 litr təşkil edir.

Xəbəri paylaş: