Milli Məclisin deputatı Türkiyədə səfərdə olacaq

img

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dekabrın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.


Rezonans.az xəbər verir ki, Parlamentin komitə sədri müəllifi olduğu, türk dilinə tərcümə edilmiş “Zamana sığmayan Lider Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabın İbn Haldun Universitetində keçiriləcək təqdimat mərasimində iştirak edəcək.


Səfər dekabrın 19-da başa çatacaq.

Xəbəri paylaş: