Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər.
Rezonans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsi zamanı deyib.
"Reallıq budur və sonralar mən buna tam 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri hesab edirdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, Avropa standartları üçün bu qədər böyük ölkə - dünyanın ən böyük ərazisi və digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər çox əhalisi olan dövlət ümumiyyətlə lazım deyil.
"ABŞ-ın tanınmış siyasi xadimi (ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev) Bjezinskinin təklif etdiyi kimi, onu beş yerə bölmək və bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır".