Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

img

Bu gün saat Zaqatala rayonu Faldarlı kəndi ərazisində piyada vurulub.

Rezonans.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, sürücü Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə 1999-cu il təvəllüdlü piyada Yusifov Bayram Məhəmməd oğlunu vurub. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: