İraqda 10 ildən sonra ilk dəfə yerli hakimiyyət orqanlarına seçki keçirilir

img

İraqda 10 ildən sonra ilk dəfə yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı İraqın “INA” agentliyi yayıb. 

Məlumata görə, paytaxt Bağdad və əyalətlərdə 35,5 mindən çox seçki məntəqəsi fəaliyyətə başlayıb. Seçkilərdə 16 milyondan çox seçicinin iştirakı gözlənilir. 

Bildirilir ki, İraqın 18 əyalətininin yalnız 15-inin sakinləri səs verə biləcək. Buna səbəb isə, Kürdüstan muxtar bölgəsinə daxil olan 3 əyalətdə seçki keçirilmir.

Xəbəri paylaş: