Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il dekabrın 17-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri DİM-in saytında yerləşdirilib.
Rezonans.az xəbər verir ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2842 namizəddən 52 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 7 nəfər, BA2 altqrupu üzrə 12 nəfər, BA3 altqrupu üzrə 38 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 84 nəfər, BB2 altqrupu üzrə 100 nəfər, BB3 altqrupu üzrə 165 nəfər, BB4 altqrupu üzrə 248 nəfər olmaqla, ümumilikdə 702 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.










