Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

img

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir ki, yeni məhdudiyyətlər xüsusilə Rusiyanın döyüş əməliyyatları aparmaq qabiliyyətinə əlavə zərbə vurmaq məqsədi daşıyır. Görülən tədbirlər həm də anti-Rusiya sanksiyalarından yan keçməyi çətinləşdirməyə yönəlib.

Yanvarın 1-dən Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalını məhdudlaşdıracaq. Martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər tətbiq ediləcək.

Xəbəri paylaş: