Ermənistan KTMT-nin Moskvadakı iclasında iştirak etmir

img

Bu gün Moskvada KTMT-nin Parlament Assambleyası Şurasının və təşkilatın Parlament Assambleyasının XVI plenar iclası keçirilir.

Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, iclas Ermənistan nümayəndə heyətinin iştirakı olmadan keçirilir. 

Ermənistan parlamentinin spikeri Alen Simonyan bir müddət əvvəl KTMT PA çərçivəsində keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb. 

Xatırladaq ki, Ermənistan nümayəndə heyəti KTMT iclaslarına qatılmaqdan imtina edib. Belə ki, bundan əvvəl ölkənin Baş naziri Nikol Paşinyan təşkilatın Minskdə keçirilən sammitinə getməyib. 

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Xəbəri paylaş: