ABŞ-dən Qəzza ilə bağlı yeni addım - Dəniz qüvvələri yaradıldı

img

Qəzza müharibəsi zamanı Husilərin hücumlarını dayandırmaq məqsədilə ABŞ-nin rəhbərlik etdiyi yeni dəniz qüvvələri yaradılıb.

Rezonans.az “Əl-Cəzirəyə” istinadən xəbər verir ki, Husilər İsrailin Qəzzaya hücumları bitmədikcə onlar da gəmilərə hücumları dayandırmayacaqlarını bildiriblər.

Hələlik gəmiçilik sənayesi işçi qrupunun onları dayandıra biləcəyinə əmin deyil.

Qeyd edək ki, təşəbbüs gəmilərin Yəmən yaxınlığındakı sıx su yollarından təhlükəsiz keçə bilməsini təmin etmək məqsədi daşıyır.

Xəbəri paylaş: