Avropada qazın qiymətinə qoyulan məhdudiyyət 1 il də uzadıldı

img

Aİ ölkələrinin nazirləri arasında təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin 2024-cü il dekabrın 31-dək məhdudlaşdırılmasını nəzərdə tutan fövqəladə enerji tənzimləmə tədbirlərinin uzadılması ilə bağlı siyasi razılıq əldə olunub.

Rezonans.az ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və enerji təhlükəsiziliyi naziri Cilberto Piketto-Fratin məlumat verib.

“İtaliya təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin bir il müddətinə uzadılmasına nail olub. Bu gün Aİ-nin Enerji Şurasında yaşıl işıq yandırılıb”, - nazir bildirib.

Xəbəri paylaş: