“Yeni virus sürətlə yayılır” - ÜST xəbərdarlıq etdi

img

Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.

Rezonans.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.

“JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.

ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.

“Qrip, respirator viruslar və uşaqlıq pnevmaniyası kimi viruslar da şimal yarımkürəsində artmaqdadır”,- deyə məlumatda qeyd olunub.

Xəbəri paylaş: