Aİ Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır

img

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır.

Rezonans.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovski açıqlayıb. 

Onun fikrincə, yeni məhdudiyyətlər tezliklə ittifaqa üzv ölkələrə təqdim ediləcək. 

Xatırladaq ki, Aİ dekabrın 18-i Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edib.

Xəbəri paylaş: