Paraqvayın prokuroru bal ayında qətlə yetirildi

img

Paraqvayın narkotiklərlə mübarizə üzrə prokuroru Marselo Peççi bal ayında olduğu Kolumbiyada, Karib adasında öldürülüb.

Bu barədə Rezonans.az “Figaro”ya istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, iki nəfər dənizdən qayıqla sahilə yaxınlaşıb və atəş açıblar. Mühafizəçi müdaxilə etmək istəsə də, o da güllələnib.

Qeyd edək ki, Marselo Peççi aprelin 30-da Kartagena şəhərində kolumbiyalı jurnalist Klaudiya Aqilera ilə ailə həyatı quraraq, öz tvitter hesabında toy fotolarını yayımlayıb. Həyat yoldaşı Kolumbiya radiosuna verdiyi qısa müsahibədə “Bəli, o, öldü” deyib.

Xəbəri paylaş: