Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı

img

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Rezonans.az xəbər verir ki, hadisə “Ceyranabatan bağları” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Bayramov Samir Sadiq oğlu münaqişə zəminində bıçaqlanıb.

Ona xəsarət yetirməkdə qohumu, 1977-ci il təvəllüdlü Əliyev Nazim Əliş oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: