Binəqədidə inzibati binada yanğın

img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binada baş verdiyi, genişlənərək bitişik ikimərtəbəli evə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Xəbəri paylaş: