Türkiyə ordusu 6 şəhid verdi

img

İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib. 

"Terror təşkilatının Şimali İraqa hücumu nəticəsində 6 əsgərimiz şəhid olub, 1 əsgərimiz yaralanıb. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatı keçirilib. İlkin təsbitlərə görə 7 terrorçu zərərsizləşdirilib", - məlumatda deyilir.  

Xəbəri paylaş: