Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəldilər

img

Tacikistan və Qırğızıstan hökumətləri nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qrupları ümumi dövlət sərhədinin təxminən 12 km-ni razılaşdırıblar.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Tacikistanın “Xovar” milli xəbər agentliyi yayıb.

“Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin daha 11,88 km-ni razılaşdırdılar”, - məlumatda deyilir.

Bildirilir ki, qruplar dekabrın 17-dən 23-dək Bustonda (Soqd vilayəti) işləyiblər, onların növbəti görüşü Qırğızıstan ərazisində keçiriləcək.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqı dağıldıqdan sonra onlarla mübahisəli sahə qalıb. Bəzilərində zaman-zaman mübahisələr, o cümlədən silahlı insidentlər yaşanır. Delimitasiya haqda danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Xəbəri paylaş: