Ukrayna rusların 12 hücumunu dəf edib

img

Ukrayna hərbçiləri son sutka ərzində Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətləri ərazisinə 12 hücumunu dəf edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində bildirilib.

 

“Bundan başqa, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin on iki tankını, dörd artilleriya sistemini, on doqquz ədəd döyüş zirehli texnikasını, yeddi avtomobil, iki ədəd xüsusi mühəndis texnikasını sıradan çıxarıb”,- bugünkü məlumatda qeyd olunub.

Xəbəri paylaş: