Avtobus qəzaya uğradı - 1 ölü, 15 yaralı var

img

Bu gün Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində ölən və çoxsaylı xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub: “Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar”.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: