Yapon kosmik gəmisi Ay orbitinə daxil olub

img

Yaponiyanın kosmik aparatı “SLİM” (Ayı araşdırmaq üçün ağıllı eniş aparatı) Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə eniş üçün hazırlaşır.

Rezonans.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb. Kosmik aparatın Ayın səthinə enişi gələn il yanvarın ortaları üçün nəzərdə tutulur. “SLİM” eniş zamanı Ayın kraterlərini və topoqrafiyasını öyrənəcək.

Qeyd edək ki, “SLİM”in missiyası uğurlu olarsa, Yaponiya SSRİ, ABŞ, Çin və Hindistandan sonra Ay səthinə kosmik gəmi endirən beşinci ölkə olacaq.

Xəbəri paylaş: