Tokayev Avrasiyada yeni fiber-optik xəttin çəkilməsini təklif edib

img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Hind okeanı sahilləri boyunca uzanan mövcud beynəlxalq xətlərə qoşulmaq üçün Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xəttinin yaradılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, respublikanın informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafının tərəfdarı olduğunu vurğulayıb.

Tokayev qeyd edib ki, belə bir tədbir Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmaqla yanaşı, qlobal səviyyədə data logistikasında Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövqeyini gücləndirməyə kömək edəcək.

Xəbəri paylaş: