Bakıda qız atasını bıçaqladı

img

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Rezonans.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.

Xəbəri paylaş: