Rusiya qəzeti Qarabağ məsələsinin həllini ilin hadisəsi hesab edib

img

Rusiyanın “Nezavisimaya qazeta” qəzeti 2023-cü ildə baş verən əsas 5 hadisəyə dair yazı dərc edib.

Rezonans.az xəbər verir ki, qəzet Azərbaycanın Qarabağ məsələsini tam olaraq həll etməsini sözügedən siyahıya daxil edib. 

“Azərbaycan Qarabağ məsələsini həll edib” adlı yazıda, həmçinin Ermənistanla Azərbaycan arasında dekabrın 13-ü baş tutan əsir mübadiləsi də vurğulanıb. 

Bununla yanaşı, siyahıya Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini 5-ci dəfə irəli sürməsi, Rusiya iqtisadiyyatının sanksiyalar fonunda artması, “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin qiyamı və “Surovikin xətti”ndə Ukraynanın əks-hücumunun qırılması daxil edilib.

Xəbəri paylaş: