Ana və 7 yaşlı oğlunu maşın vurdu - Uşaq öldü

img

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, dünən saat 18:10 radələrində Ağcabədi - Ağdam yolunun 1-ci kilometrliyində Turqut Quluzadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə ana və oğlunu vurub. Nəticədə 2016-cı il təvəllüdlü Hüseyn Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Anası, 1986-cı il təvəllüdlü Xədicə Əliyeva isə baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: