Mərkəzi Bank bu gömrük yığımlarından azad edilir

img

Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik olunub.

Rezonans.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarından azad edilib.

Xəbəri paylaş: