Polşa dövlət mediasını ləğv edib

img

Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Varşava dövlət mediasının ləğv olunduğunu elan edib.

Rezonans.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Polşa Prezidentinin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən “Polşa Televiziya”, “Polşa Radiosu” və “Polşa Xəbər Agentliyi” şirkətlərinin ləğvi prosedurlarına başlamaq qərarına gəldim”, - deyə nazir bildirib.

Senkeviçin sözlərinə görə, müvafiq qərar maliyyələşdirmə dayandırıldıqdan sonra “bu şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, onlarda zəruri restrukturizasiyanı həyata keçirməyə və bu şirkətlərdə çalışan işçilərin ixtisarının qarşısını almağa” imkan verəcək.

Xəbəri paylaş: