Bakıda evdən 2 nəfərin meyiti tapıldı

img

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində evdən 2 nəfərin meyiti tapılıb.

Rezonans.az xəbər verir ki, fərdi yaşayış evindən 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlunun üzərlərində xəsarət olmayan meyitləri tapılıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: