Lavrovdan Ermənistandakı hərbi baza ilə bağlı açıqlama

img

“Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda yerləşməsinin məqsədəuyğunluğu barədə müzakirələr aparmağı zərərli hesab edirik”.

Rezonans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a ilin yekunları ilə bağlı müsahibəsində deyib. 

Onun sözlərinə görə, Rusiya bazası 1995-ci il martın 16-sı bağlanan sazişə uyğun olaraq Ermənistanda yerləşdirilib.

Lavrov, həmçinin qeyd edib ki, hazırda rusiyalı hərbçilər regionda sülhün təmin edilməsində əsas elementdirlər.

Xəbəri paylaş: