ABŞ Tayvanın müstəqilliyinə qarşı çıxdı

img

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı söyləyib.

 

"Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və vahid Çin siyasətinə sadiq qalırıq", - o deyib.

 

N.Prays vurğulayıb ki, ABŞ və Tayvanı Asiya regionunda təhlükəsizliyi qorumaq üzrə yaxın və möhkəm əlaqələr birləşdirir.

 

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirmişdi.

Xəbəri paylaş: