İndoneziya sahillərində 5,9 ballıq zəlzələ

img

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Təbii fəlakətin episentri Banda-Açex şəhərindən 414 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə isə 250 min əhali yaşayır. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbəri paylaş: